Düzənliklər
- Yazar
- 13-okt-2024, 23:33
- 9 Baxış
Dağlar uzun geoloji dövrlər ərzində uçulub dağılır, nisbətən hamar sahələrə çevrilir. Qurunun geniş ərazi əhatə edən və nisbətən hamar, nisbi hündürlüklər fərqi 200 m-ə qədər olan sahələri düzənlik adlanır. Düzənliklər hündürlüyünə, mənşəyinə və səthinin formasına görə qruplara ayrılır.
Düzənliklərin hündürlüyünə görə növləri
Düzənliklərdə yüksəklik fərqi az olsa da, onlar özünəməxsus relyef formasına malikdir. Dünya okeanı səviyyəsindən aşağı olan düzənliklərə çökəklik deyilir. Onlar xəritədə tünd yaşıl rənglə təsvir olunur. Okean səviyyəsindən 200 m-ə qədər hündürlüyə malik olan düzənliklərə ovalıq deyilir. Ovalıqlar fiziki xəritələrdə yaşıl rənglə göstərilir. Hündürlüyü 200 metrdən 500 metrə qədər olan düzənliklər yüksək düzənlik və ya yüksəklik adlanır. Məsələn, Orta Rusiya, Lavrentiy, Valday və s. yüksəkliklərə aiddir. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliyə isə yayla deyilir. Dünyada ən böyük mütləq yüksəkliyə malik olan düzənlik Tibet yaylasıdır və 7000 m-dən yuxarı qalxır. Yer üzərində Braziliya, Meksika, İran, Orta Sibir, Dekan yaylaları vardır.
Azərbaycanın ərazisinin 40%-ni düzənliklər təşkil edir. Onlara Kür-Araz, Samur-Dəvəçi və Lənkəran ovalıqları aiddir. Bu ovalıqların çox hissəsi Okean səviyyəsindən aşağıda yerləşir.
hamarlanması ekzogen qüvvələrin təsirindən baş verir. Düzənliklər xarici görünüşünə görə müxtəlif olur. Onlar hündürlüklərinə və mənşəyinə görə fərqlənir.
Mənşəyinə görə düzənliklərin iki tipi olur: denudasion və akkumulyativ. Denudasion (“çılpaqlaşma”) düzənliklər dağlıq ərazilərdəki süxurların aşınıb-parçalanıb dağılması və çökək yerlərə aparılması nəticəsində yaranır. Onlara əsasən qədim kristallik süxurlardan ibarət olan yüksək ərazilərdə yaranan yaylalar aiddir. Qərbi Avstraliya, Braziliya, Dekan, Orta Sibir, Qobi, Kolorado və s. yaylalarını buna misal göstərmək olar. Bəzən denudasion düzənliklərdə “şahid dağlar” formalaşır. Əhəqqar, Tibesti, Darfur Şimali Afrikada denudasiya nəticəsində əmələ gəlmiş “şahid dağlar”dır.
Akkumulyativ (“toplanma”) düzənliklər Yer qabığının çökək sahələrində süxurların toplanması və səthin hamarlanması nəticəsində yaranır. Akkumulyativ düzənliklər ovalıqlara uyğun gəlir. Onlar eroziya, buzlaq, çay, dəniz mənşəli olur.
Dünyanın ən böyük ovalıqları – Amazon, Missisipi, Qərbi Sibir, Xəzəryanı, Turan, La-Plata, Şərqi Çin, Mərkəzi düzənlik, Şərqi Avropa, Kür-Araz və s. akkumulyativ düzənliklərdir.
Düzənliklərin əksəriyyətində seysmik hadisələr nisbətən az olur. Buna səbəb onların seymsik cəhətdən daha sabit zonada yerləşməsidir. Lakin elə düzənliklər də var ki, onlar fəal seysmik zonalarda yerləşir. Kordilyer dağlarında Meksika yaylası, Alp-Himalay dağlıq qurşağında Anadolu, İran, Tibet yaylaları buna misaldır. Üzəri effuziv, yəni püskürülmüş məsaməli vulkan süxurları ilə örtülü olan Qarabağ vulkanik yaylası, Kür-Araz ovalığı, Gürcüstandakı - Kolxida, və İtaliyadakı Padan ovalığı da seysmik zonada yerləşir.
Düzənliklər insanların qədimdən ən çox məskunlaşdığı ərazilərdir.
Aygün Qurbanova
Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz
Əlaqə:0507689712