Fiziki coğrafiya

Okean dibinin relyefi

  • Yazar
  • 13-okt-2024, 23:37
  • 3 Baxış

Quru səthində olduğu kimi, okean dibinin relyefi də mürəkkəbdir. Okean dibinin öyrənilməsində ABŞ, İngiltərə, Yaponiya, Rusiya, Fransa və s. ölkələr daha çox nailiyyətlər əldə etmişdir. Kosmik tədqiqatlar okean dibinin daha dəqiq öyrənilməsinə imkan verir. Məlum olmuşdur ki, orada külli miqdarda sönmüş və fəaliyyətdə olan vulkanlar, sıra dağlar, düzənliklər, çökəkliklər, dərələr var.

  1. Materik dayazlığı və ya şelf – materikin sualtı davamında 200 metrə qədər dərinlikdəki ərazini əhatə edir. Azmeyilli səthi qalın çökmə süxurlarla örtülmüşdür.
  2. Materik yamacı – 200 metrdən 1500 metrədək olan dərinliklər arasındadır. Meyilliliyi çox olduğundan çökmə süxur qatı nazikdir.
  3. Materik ətəyi 1000 – 1500 metrdən 3000 metr dərinliyinə qədər olan ərazilərdir. Bu ərazi materiklə okean yer qabığı arasındakı sərhəddir.
  4. Okean yatağı və ya abissal düzənliklər – okean dibində yerləşən düzənliklərdir. Səthi hamar olub, okean dibinin əsas hissəsini tutur.
  5. Orta okean silsiləsi – okean dibində yerləşən dağlardır. Bəzən bu dağların zirvələri su səthindən yuxarı qalxaraq adalar yaradır.
  6. Okean novları – okean dibindəki ensiz və dərin çökəklik

  7. Aygün Qurbanova
  8. Miq,sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz

    Əlaqə:0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?