Fiziki coğrafiya

Azərbaycanın faydalı qazıntıları

  • Yazar
  • 02-noy-2024, 00:56
  • 30 Baxış

 

Azərbaycanda faydalı qazıntıların yaranması və müxtəlifliyi geoloji quruluşla sıx əlaqədardır. Maqmatik və metamorfik süxurların yayıldığı Kiçik Qafqaz dağlarında və Naxçıvan ərazisində filiz faydalı qazıntılar, çökmə süxurların yayıldığı Böyük Qafqaz dağları, dağətəyi və düzənlik ərazilərdə isə qeyri-filiz faydalı qazıntılar geniş yayılmışdır. Ölkəmizin ərazisində yayılan faydalı qazıntılar üç qrupa bölünür: yanar, filiz və qeyri-filiz faydalı qazıntılar.

Yanar faydalı qazıntılar
Quruda əsas yataqları:
1. Qaradağ – Qobustan.
2. Gürgən – Zirə.
Dənizdə əsas yataqlar:
1. Şahdəniz. 2. Ümid. 3. Abşeron.
Quruda əsas yataqlar: 1. Bibiheybət.
2. Pirallahı. 3. Yasamal. 4. Mollakənd.
5. Muradxanlı. 6. Qaraçala. 7. Siyəzən.
Dənizdə əsas yataqlar: 1. Günəşli. 2. Azəri.
3. Çıraq. 4. Alov. 5. Dan ulduzu. 6. İnam.
7. Oğuz. 8. Əşrəfi. 9. Qarabağ.
İstifadəsi:enerji, yanacaq, mazut, parafin,
sintetik lif, sürtkü yağları, gübrə
Yarandığı süxurlar:Kaynozoyun IV dövrünün çökmə süxurları,
Mezozoy süxurları (Muradxanlı və Mollakənd)
İsmayıllı və Qobustan rayonlarında yanar şist yataqları vardır.
II. Filiz faydalı qazıntılar
Filiz faydalı qazıntılar Yataqların adları İnzibati rayonlar
1. Dəmir Hamançay, Dəmiroğlu, Daşkəsən Daşkəsən
2. Alunit Zəylik Daşkəsən
3. Civə Ağyataq, Şorbulaq, Levçay Kəlbəcər
Gilgəzçay, Narzanlı Laçın
4. Molibden-mis Parağaçay, Diaxçay Ordubad
5. Qızıl Zod, Qızılbulaq Kəlbəcər
Qoşa Gədəbəy
Vejnəli Zəngilan
6. Xromit Göydərə Kəlbəcər
İpək Laçın
7. Mis Qaradağ Gədəbəy
8. Polimetal Filizçay, Katexçay, Kasdağ, Mazımçay Balakən, Zaqatala
Gümüşlü Şərur
Mehmana Kəlbəcər
III. Qeyri-filiz faydalı qazıntılar
Qeyri-filiz faydalı qazıntılar Yataqların adları Yerləşdiyi ərazilər İstifadəsi
1. Daşduz Nehrəm, Duzdağ Naxçıvan Kimya sənayesi
2. Kükürd Kiçik Qafqaz Kimya sənayesi
3. Çökmə duz Şorsulu göllər Abşeron Kimya sənayesi
4. Barit Kiçik Qafqaz Dərin neft quyularının
qazılmasında istifadə olunur.
5. Bentonit gili Daşsalahlı Qazax Oda davamlıdır, qəlib kimi
metaltökmədə işlədilir
6. Seolit gili Ağdağ Tovuz Kənd təsərrüfatı və kimya
sənayesi
7. Mərmər Daşkəsən, Şərur, Quba Tikinti
8. Travertin Şahtaxtı Naxçıvan, Kəlbəcər Tikinti
9. Gips Ağcakənd Goranboy Tikinti
10. Kvars qumları Hacıvəli, Hökməli Abşeron Şüşə istehsalı
11. Müalicəvi neft Naftalan Naftalan Təbabətdə müalicə üçün
12. Perlit Kəlbəcər Kənd təsərrüfatı və kimya
sənayesi

Bunlardan başqa, respublikamız sement xammalı, əhəngdaşı, qum-çınqıl, gil, dolomit, təbaşir, mişardaşı, çaydaşı və bu kimi tikinti materialları ilə də zəngindir.

Azərbaycanda mineral bulaqların sayı 1000-dən çoxdur. Bulaqlar daha çox dağətəyi rayonlarda yayılmışdır. Bir çox mineral bulaqların əsasında kurort-turizm kompleksləri yaradılmışdır.

Mineral bulaqlar İnzibati rayonlar
Şıx, Suraxanı Abşeron
Vayxır, Sirab, Badamlı, Darıdağ Naxçıvan MR
Şırlan, Turşsu Şuşa
İstisu Kəlbəcər
Xaşı, Cimi, Xaltan Quba
Qalaaltı Şabran
İlisu Qax
Meşəsu, Qotursu, Donuzütən, İstisu Lənkəran, Masallı
Bədo İsmayıllı
Minkənd Laçın


                 Aygün Qurbanova

Miq,Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 0507689712

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?