Fiziki coğrafiya

Küləklərin yayılması

  • Yazar
  • 01-dek-2024, 11:27
  • 32 Baxış

 

Atmosferdə hava daim hərəkətdə olur. Havanın
hərəkəti müxtəlif istiqamətlərə yönəlir, gücünə və
sürətinə görə fərqlənir. Onlar yer səthinin qeyribərabər
qızması nəticəsində yaranır.

Müxtəlif dərəcədə qızıb-soyuma quru və
su sahələri arasında da müşahidə olunur. Quru
sahələri tez qızıb, tez soyuyur. Suyun istilik tutumu
çox olduğuna görə yavaş-yavaş qızır, gec soyuyur.
Nəticədə Yer səthində müxtəlif temperatura və
hava sıxlığına malik olan ərazilər formalaşır.

Havanın qızması və soyuması
nəticəsində əmələ gələn axınlar
Yerin kürə
formasında
olması
Şüaların
müxtəlif
düşmə
bucağı
Günəşin
müxtəlif
hündürlükdə
olması
Yer səthinin
müxtəlif cür
qızması
Temperaturun
müxtəlifliyi
KÜLƏK
Küləyin əmələ gəlmə səbəbləri

Günəş istiliyini çox qəbul edib qızan və yüksək temperatura malik olan ərazilərdə hava yüngül olur, yuxarı qalxır, yer səthinə yaxın sahələrdə onun sıxlığı azalır. Havanın soyuq olduğu sahələrdə onun sıxlığı artır, ağırlaşır və aşağı enir. Havanın tarazlığının bərpası və sıxlığının bərabərləşməsi üçün onun sıxlığının yüksək olduğu soyuq sahələrdən sıxlığı aşağı olan isti sahələrə axın əmələ gəlir. Havanın bu hərəkəti külək adlanır.

Küləyin göstəricilərinə onun istiqaməti, sürəti və gücü aiddir. Küləyin istiqaməti onun haradan əsməsinə görə təyin edilir. Məsələn, şimal küləyi şimaldan, cənub-şərq küləyi cənub-şərqdən əsir. Bu istiqamət küləyin hava şəraitini necə dəyişməsinə də təsir göstərir. Şimaldan əsən küləklər havanın temperaturunu aşağı salır, okeandan əsən küləklər rütubətli hava gətirir. Küləyin sürəti 1 saniyədə neçə metr və ya 1 saatda neçə km getməsinə əsasən müəyyən olunur. Bu sürət anemometr adlanan cihazla təyin olunur. Küləyin gücü onun 1 m2 lövhəyə göstərdiyi təzyiqlə ölçülür, ölçü vahidi kimi kq/m2 -dən istifadə olunur. Küləyin istiqaməti və gücü flüger ilə ölçülür. Küləyin gücü Bofort şkalası əsasında 12 bal ilə müəyyən edilir.

Küləyin istiqaməti
Flüger
Anemometr
Briz küləkləri Dünyanın ayrı-ayrı əraziləri üçün səciyyəvi olan küləklər əsir. Onlar əsasən quru və su sahələrinin qeyri-bərabər qızması, soyuması nəticəsində əmələ gəlir. Sutka ərzində istiqamətini iki dəfə dəyişən, quru ilə su hövzələri arasında yaranan küləklər briz adlanır.
Gündüz brizi
Gecə brizi

Gündüz quru sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Su sahələri yavaş qızdığına, onun üzərində hava hələlik soyuq və ağır olduğuna görə aşağı enir. Bu halda havanın tarazlığının bərpası üçün onun hərəkəti baş verir, bu hərəkət sudan quruya doğru yönəlir. Bu zaman quruda hava yumşalır, yayda gündüzlər onun qızması zəif hiss olunur.

Gecələr quru üzərində havanın temperaturu aşağı olur, ağırlaşır. Su hövzələri yavaş qızdığına görə onun səthində hava hələlik isti və yüngül olur. Nəticədə gecələr sahilboyu ərazilərdə havanın hərəkəti qurudan su hövzələrinə doğru yönəlir. Briz küləkləri sahilboyu ərazilərdə 20-30 km məsafədə hiss olunur. Dənizdən əsərkən hava yumşalır və təmizlənir.

Musson küləkləri. Quru və su hövzələri arasında ildə iki dəfə istiqamətini dəyişən küləklər də yaranır. Bu küləklərə musson küləkləri deyilir. Musson küləkləri əsasən Cənubi, Cənub-Şərqi və Şərqi Asiyada müşahidə olunur.

Yayda Asiyanın mərkəzi və cənub sahələri tez qızır və hava yüngülləşərək yuxarı qalxır. Materiki əhatə edən Sakit və Hind okeanlarında su sahələri yavaş qızdığına, onların üzərində hava hələlik soyuq və ağır olduğuna görə aşağı enir. Bu halda, hava axınlarının hərəkəti okeanlardan quruya doğru yönəlir. Avrasiyada yay mussonları iyulun ortalarından başlayır və oktyabr ayına qədər davam edir. Bu zaman quru sahələrinə çoxlu rütubət gəlir. Bu materikdə axan Amur, Xuanxe, Yantszı, Mekonq, Qanq və Brahmaputra çaylarında suyun səviyyəsinin qalxmasına, daşqınların baş verməsinə səbəb olur.

Qışda Avrasiyanın mərkəzi hissələrində soyuq hava şəraiti yaranır. Ona görə bu ərazilərdə aşağı

enən havanın yüksək sıxlığı əmələ gəlir. Bu vaxt Sakit və Hind okeanlarının səthində havanın temperaturu nisbətən yüksək olur. Hava yay dövründə aldığı istiliyin hamısını itirmir. Nəticədə qışda musson küləkləri Avrasiyadan Sakit və Hind okeanlarına doğru yönəlir. Bu zaman materikin mərkəzi sahələrində formalaşan soyuq və quru hava Sakit okeana doğru yönəlir.
Quruda ən küləkli yer Antarktidada Adeli Torpağı (“tufanlar ölkəsi”) ərazisidir. Burada daim güclü küləklər əsir və onların sürəti saniyədə 88 metrə çatır. Ona ehtiyat küləklər deyilir. Okeanda ən küləkli sahə Antarktidada Birlik buxtasıdır.

Yer səthinin qeyri-bərabər qızması, materiklər və okeanlar üzərində müxtəlif atmosfer təzyiqi sahələrinin olması nəticəsində havanın hərəkəti baş verir. Hava axınları daimi olaraq yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru yerini dəyişir. Bu küləklərə daimi küləklər* deyilir. Onlar Yer kürəsini əhatə edir və atmosferin ümumi dövranının* mühüm tərkib hissəsidir. Daimi küləklər hərəkət zamanı meyil edir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində - Koriolis(meyiletmə) qüvvəsi yaranır. Onun təsiri ilə üfüqi istiqamətdə hərəkət edən hava axınları Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyil edir. Ekvatordan uzaqlaşdıqca küləklərin meyiletməsi artır.

Passat küləkləri* tropik enliklərin yüksək təzyiq sahələrindən ekvatorial alçaq təzyiq sahələrinə doğru əsir.

Atmosferin ümumi dövranı
Atmosferin ümumi dövranı
Tropik enliklərin yüksək təzyiq sahələrindən mülayim enliklərin alçaq təzyiq sahələrinə doğru (45-60° enliklərə) əsən küləklər isə qərb küləkləri* adlanır. Şimal mülayim qurşaqda qərb küləkləri Avrasiyada Ural dağlarına qədər bol yağıntı gətirir. Antarktida materikinin ətrafında qərb küləkləri soyuq Qərb küləkləri cərəyanını yaradır. Qərb küləkləri Alyaska və Çilinin cənub-qərb qurtaracağında bol yağıntıların düşməsinə səbəb olur.

Qütblərin yüksək təzyiq sahələrindən mülayim enliklərdəki alçaq təzyiq sahələrinə doğru Şimal yarımkürəsində şimal-şərq küləkləri*, Cənub yarımkürəsində isə cənub-şərq küləkləri*əsir.

İl ərzində materiklər və okeanlar qeyri-bərabər qızır, fəsillər üzrə onların üzərində atmosfer təzyiqi sahələri yerini dəyişir. Bu, musson küləklərinin* (ərəbcə, mövsüm) yaranmasına səbəb

olur. Yayda quru tez qızdığına görə onun üzərində alçaq təzyiq sahəsi yaranır. Nəticədə hava axınları okeanlardan quruya yönəlir. Buna yay mussonudeyilir. İyuldan oktyabra qədər davam edən yay mussonları Şərqi, Cənub- Şərqi və Cənubi Asiyada hakim olur. Musson küləkləri Xuanxe, Yantszı, Mekonq, Qanq, Amur və Brahmaputra çaylarının rejiminə, regionda çəltikçiliyin inkişafına böyük təsir göstərir.

Qışda Avrasiya üzərində yüksək təzyiq sahəsi yaranır. Bu halda hava axınlarının istiqaməti materikdən okeanlara yönəlir və qış mussonuyaranır.

Qış və yay mussonlarının yaranması

Mülayim enliklərdə yaranan hava axınlarında siklonlar və antisiklonlar mühüm rol oynayır. Siklonlar* atmosferin qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Hava kənardakı yüksək təzyiq sahəsindən mərkəzdəki alçaq təzyiq sahəsinə yönəlir. Yerin öz oxu ətrafında fırlanması nəticəsində küləklər Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, Cənubda saat əqrəbinin hərəkət istiqamətində əsir. Siklon yaranarkən temperatur kəskin dəyişir, buludluluq artır və yağıntı düşür.

Tropik siklonlar okeanların üzərində yaranan tropik hava kütləsinin yay aylarında

Siklon
ekvatordan çox uzaqlaşdığı sahələrdə baş verir. Tropik siklonlar dənizlərdə güclü dalğalanmaya səbəb olur, quruya hərəkət edərkən yaranan güclü küləklər və leysan yağışları böyük dağıntılar əmələ gətirir. Cənubi və Cənub-Şərqi Asiyada onlar tayfun, Amerikada tufan (qasırğa) adlanır.

Siklonların yarandığı ərazilərdəsmerç (tornado) formalaşır. 

Avropanın iqliminə siklonlar və antisiklonlar
böyük təsir göstərir
Smerç - havanın güclü qızması zamanı yuxarı qalxan hava axınları nəticəsində topa-yağış buludlar sahəsində yaranan atmosfer burulğanıdır. Onlar ABŞ-ın cənubunda əmələ gəlir və tornado adlanır. Tornadoyüksək sürətlə xortum formasında hərəkət edərək böyük dağıntılara səbəb olur.

Antisiklonun* mərkəzində atmosfer təzyiqi normal təzyiqdən (760 mm c.st.) yüksək olur, hava axınları mərkəzdən kənara yönəlir. Havanın hərəkəti Şimal yarımkürəsində saat əqrəbinin hərəkəti istiqamətində, Cənub yarımkürəsində əksinə olur. Antisiklonda hava aşağı hərəkət etdiyinə görə doyma vəziyyətindən uzaqlaşır və yağıntı baş vermir, mərkəzində sakit hava olur və buna şəlakət deyilir.

Antisiklon
Siklonlar və antisiklonlar bir-birinin ardınca
hərəkət edərək ərazidə iqlimi formalaşdırır
Antisiklonlar subtropik enliklərdə və Antarktida üzərində, qışda materiklərin mülayim enliklərində əmələ gəlir
Küləyin əhəmiyyəti. Küləklər okean və dənizlərdən rütubətli havanı materiklərə aparır. Belə olmasa, materiklərə bir damcı da yağış yağmazdı. Külək əsərkən şəhərlərdə toplanan çirkli havanı qovur, onun təmizlənməsinə şərait yaradır. Küləklərin istiqamətinə görə yelkənli gəmilərin üzməsi asanlaşır. Küləklər mühüm enerji mənbəyidir. Hazırda xüsusi olaraq qurulan qurğuların köməyi ilə külək enerjisi alınır.
            Aygün Qurbanova
Miq, sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 0507689712
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?