Nisbi və mütləq rütubət
- Yazar
- 01-dek-2024, 11:43
- 13 Baxış
Havanın rütubəti onun əsas elementlərindən biridir. Temperaturdan asılı olaraq, 1 m 3 havanın su buxarı saxlamaq qabiliyyəti dəyişir. Temperatur yüksəldikcə 1 m 3 havanın su buxarını saxlamaq qabiliyyəti artır, aşağı düşdükdə isə azalır
Havada olan suyun miqdarını nisbi və mütləq rütubətliliklə təyin edirlər. 1 m3 havadakı su buxarının qramlarla miqdarı - mütləq rütubətlilik, onun isə həmin temperaturda 1m3 havanın saxlaya biləcəyi su buxarının miqdarına, yəni doyma həddinə olan faizlə nisbəti nisbi rütubətlilik adlanır.
Nisbi rütubətliliyi 30%-ə qədər olan hava quru, 30-60%-ə qədər olan normal, 60%-dən çox olan isə ifrat rütubətlilik sayılır.
Havanın nisbi rütubətinin yüksəlməsi yağıntıların düşmə ehtimalını artırır.
Su buxarının miqdarından asılı olaraq, doymuş və doymamış havamüşahidə edilə bilər . Müəyyən temperaturda 1 m 3 havanın tərkibində mümkün ola biləcək qədər su buxarı olarsa, belə hava doymuş havahesab olunur. Su buxarının miqdarı mümkün ola biləcək miqdardan az olarsa, belə hava doymamış hava adlanır. Müxtəlif temperaturda 1 m 3havadakı su buxarının miqdarını və doyma həddini bilməklə, nisbi rütubətliliyi müəyyən etmək olar. Məsələn, 20°C temperaturda 1 m 3havanın tərkibində 8,5 q su buxarı var. Nisbi rütubətliliyi tapın:
Meteoroloji stansiyalarda havanın rütubətliliyini ölçmək üçün hiqrometr (b) və hiqroqraf adlı cihazlardan istifadə edilir.
Aygün Qurbanova
Miq, sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 0507689712