Fiziki coğrafiya

Quru suları. Çaylar

  • Yazar
  • 10-fev-2025, 18:58
  • 103 Baxış

 

Yerin quru sahələri olan materiklər və adalarda yerləşən çaylar, göllər, su anbarları, bataqlıqlar, buzlaqlar və yeraltı sular (qrunt suları) quru suları adlanır.

Çay - səth və yeraltı sular hesabına qidalanan, özünün yaratdığı yataq üzrə Yer səthinin meyilli olan istiqamətində daimi və ya müvəqqəti axan sulardır. Çay təbii mühitin ən mühüm elementidir, su təminatı mənbəyidir, təbii su arteriyalarıdır, enerji mənbəyidir. Onlar əhalinin, yaşayış məntəqələrinin, bir çox təsərrüfat sahələrinin yerləşməsində və inkişafında əhəmiyyətli rol oynayır.

Çayların dağlarda yerləşən yuxarı axarlarında meyillilik çox, axın sürəti yüksək, düzənliklərdə axın sürəti zəif, meyillilik az olur. Hər bir çayın başlanğıcına mənbə, töküldüyü yerə mənsəb deyilir. Çayın mənbəyi bulaq, göl, bataqlıq, mənsəbi

çayın digər çaya, gölə, dənizə töküldüyü yer ola bilər. Çayın axını istiqamətində hərəkət etsək, sağda çayın sağ sahili, solda çayın sol sahili olacaq. Hər bir çayın qolları olur və bu qollar, adətən, əsas çaydan kiçik olur. Çaya bütün qolları ilə birlikdə çay sistemi deyilir.

Çaylar quruda geniş yayılmış ən mühüm su hövzələridir. Hər bir çayın qolları ilə birlikdə tutduğu sahə onun sutoplayıcı hövzəsi adlanır. Bu əraziyə düşən bütün yağıntılar həmin çaya və onun qollarına axır. Çay hövzələrini bir-birindən ayıran şərti xəttə (sərhəd) suayırıcı deyilir. Suayırıcı həmişə dağlardan, ya da düzənliklərin nisbətən hündür yerlərindən keçir. Ərazidən axan çayların uzunluğunun onların hövzəsinin sahəsinə olan nisbəti çay şəbəkəsinin sıxlığı adlanır. Çay şəbəkəsinin sıxlığı iqlim və relyef şəraitindən, həmçinin süxurlardan asılıdır. Yağıntıların miqdarı və onların fəsillər üzrə paylanması, ərazinin meyilliliyi çay şəbəkəsinin paylanmasına güclü təsir göstərir.

Çaylar təbiətdə həm dağıdıcı, həm də yaradıcı iş görür. Çayların dağıdıcı fəaliyyəti eroziya, yaradıcı işi isə akkumulyasiya adlanır. Hər bir çay öz axını boyu 3 hissəyə: yuxarı, orta və aşağı axına ayrılır. Çayların yuxarı axınında, yəni mənbəyə yaxın hissəsində eroziya prosesi (dib eroziyası) daha intensiv, aşağı axınında, yəni mənsəbə yaxın hissəsində isə zəif olur (yan eroziya), akkumulyasiya güclənir. Çay orta axında özünə çoxlu qollar qəbul edir və suyunun həcmi artır.

Akkumulyasiya və eroziya prosesləri nəticəsində çayların mənsəblərində delta və estuarilər yaranır. Çayın mənsəbində çoxlu qollara bölünərək gətirdiyi çöküntülərdən yaratdığı düzənlik delta (a) adlanır. Estuari (b) çay mənsəbinin dənizə doğru genişlənən və dərinləşən qıfvarı formasıdır. Burada çay bir qoldan ibarət olur, gətirdiyi süxurlar qabarma və dəniz cərəyanları vasitəsilə yuyulub aparılır. Nil, Volqa, Lena, Missisipi, Orinoko, Qanq çayları delta, Ob, Yenisey, Parana, Müqəddəs Lavrenti, Reyn çayları isə estuari yaradır. Bəzi çaylarda bunların hər ikisinə rast gəlinir: məsələn, Amazon, Yansızı və s. çaylar.

Çay öz dərəsini daim dərinləşdirir və genişləndirir. Lakin çayda eroziya prosesi müəyyən səviyyəyə qədər davam edə bilər. Bu səviyyə eroziya bazisi adlanır. Eroziya bazisinin səviyyəsi çayın mənsəbinə uyğun gəlir. Çayların eroziya bazisi Dünya okeanı səviyyəsində, bu səviyyədən aşağıda və ya yuxarıda ola bilər.

Mərkəzi Asiyanın hündür dağlarından başlayan Amudərya və Sırdərya belə çaylardandır. Mülayim qurşaqdan axan çayların qidalanmasında həm yağış, həm də qar suları üstündür. Belə çaylar, adətən, yaz aylarında bolsulu olur. Buna səbəb həmin dövrdə yağışların çox yağması ilə bərabər, qarların da əriməsidir; məsələn, Volqa, Missisipi, Reyn, Yenisey, Lena və s. belə çaylardandır. Yeraltı sular və bataqlıqlarla qidalanan çayların səviyyə rejimi nisbətən

sabit olur.

                         Çayların qida mənbələri
 Çünki bu suların miqdarı il ərzində az dəyişir. Bəzi çaylarda yağış suları ilə qidalanma üstünlük təşkil edir. Bu çaylar ekvatorial, subekvatorial və musson iqliminə malik ərazilərdə yerləşir.Çayın rejimi tənzimlənmiş  tənzimlənməmiş ola bilər. Çayların üzərində su anbarları tikməklə onlarda gursululuq dövründə suyun səviyyəsini xeyli aşağı salmaq mümkündür. Əgər çayın üzərində bəndlər və su anbarları varsa, bu çayların rejimi tənzimlənmiş rejim sayılır. Belə çaylar, adətən, insanların sıx məskunlaşdığı mülayim və subtropik qurşaqlarda yerləşir. Üzərində su anbarı inşa edilməyən çaylar isə tənzimlənməmiş və ya təbii rejimli çaylar sayılır.Çayın rejimini qrafik formada göstərən sxem hidroqraf adlanır. Hidroqrafın köməyi ilə çayda suyun səviyyəsinin aylar üzrə dəyişməsini müşahidə etmək olar.
Hidroqraf. 1-ci xətt, su anbarı tikilənə qədər çayda suyun səviyyəsinin dəyişməsini (təbii rejim), 2- ci xətt (punktir) isə çayda su anbarı tikildikdən sonrakı (tənzimlənmiş rejim) səviyyə dəyişkənliyini əks etdirir.
                     Hidroqraf.

Çayın illik səviyyə rejimi 2 dövrə ayrılır: gursululuq dövrü və azsulu (qıtsulu) dövr. Gursululuq dövründə yağıntı və ərinti suları çoxalır və suyun səviyyəsi artır. Bu zaman su çayın dərəsinin subasar hissəsinə çatır. Gursululuq dövrü zamanı güclü yağışların düşməsi və ya havaların isti keçməsi nəticəsində dağ buzlaqları tez əriyərsə, çayda daşqın baş verər. Bu zaman suyun səviyyəsi çay dərəsindən çıxaraq ətraf əraziləri basır. Azsulu dövr yağıntıların ən az düşdüyü və ya heç düşmədiyi dövrə təsadüf edir. Bu zaman çayda su kəskin azalır, quraq ərazilərdən axan bəzi çaylar isə quruyur.

Çayın illik səviyyə rejimi
                                                                                                                                     Aygün Qurbanova
MİQ, Sertifikasiya və Abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.
Əlaqə: 050-768-97-12
img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?