Fiziki coğrafiya

Bataqlıqlar

  • Yazar
  • 10-fev-2025, 19:24
  • 38 Baxış

 Bataqlıqlar ifrat rütubətlənməyə malik, torf qatının 30 sm-dən az olmadığı ərazilərdir. Torfun qalınlığının 30 sm-dən az olduğu və ya heç olmadığı nəmlənmiş ərazilərə bataqlıqlaşmış ərazilər deyilir. Bataqlıqlar quru sahəsinin 4–6%-ə qədərini tutur. Bataqlıqların yaranması müxtəlif amillərlə bağlıdır: a) yağıntıların miqdarının buxarlanmadan çox olması; b) qrunt sularının səviyyəsinin səthə yaxın yerləşməsi; c) daimi donuşluğun olması; d) hamar relyef və zəif səth axını; e) çaylarda gursululuq dövrünün davamlı olması.

Bataqlığın yaranması durğun sututarlarda rütubətsevən bitkilərin, xüsusilə sfaqnum mamırının yayılması ilə başlayır.

Mamır bataqlıqlaşmış səthi örtərək digər bitkilərin çürüməsinə və ərazinin daha çox bataqlıqlaşmasına səbəb olur. Tədricən çürümüş bitki qalıqları toplanaraq torf qatını əmələ gətirir. Bataqlığın bundan sonrakı formalaşması prosesində əsas rolu bitkilər oynayır.


Göldə bataqlığın yaranma mərhələləri
Torf   Digər süxur layları

Dünyanın ən böyük bataqlqlarından biri. Vasyuqan, Qərbi Sibir. Rusiya Bataqlıqlar qidalanmasına və bitki örtüyünə görə 2 tipə bölünür: alt və üst. Alt bataqlıqlar keçmiş göllərin və çay dərələrinin yerində yaranır. Onlar, əsasən, mineral tərkibli qrunt suları ilə qidalanır, çünki sukeçirən süxurların üzərində yerləşir. Alt bataqlıqlarda torfun qalınlığı az olur (1–1,5 m) və əsasən, meşə və meşə-çöl zonalarında yerləşir. Üst bataqlıqlar hamar relyefə malik suayırıcılarda yaranır və əsasən, atmosfer yağıntıları ilə qidalanır. Onlar sukeçirməyən süxur qatı üzərində formalaşır. Torfun qalınlığı 6–10 m təşkil edir. Belə bataqlıqlara tundra, meşə-tundra, tayqa zonalarında rast gəlinir.


Bataqlıqlar da buzlaqlar kimi mühüm təsərrüfat əhəmiyyətinə malikdir. Üst bataqlıqların sahələri qurudularaq torf əldə edilir və yanacaq kimi işlədilir. Alt bataqlıqların torfundan üzvi gübrə kimi istifadə olunur. Bu səbəbdən alt bataqlıqlar qismən qurudularaq münbit əkin sahələrinə çevrilir. Bataqlığın bir hissəsi təbiətdə ekoloji sistemi qorumaq üçün təbii halda saxlanılır. Bataqlıqlar ərazinin havasını rütubətləndirir, müxtəlif qiymətli bitki və heyvan növlərinin yayılmasına imkan verir, eyni zamanda çaylar üçün qida mənbəyidir.


 Bataqlıqların yayılması xəritəsi.

                                                                                                                                         

Aygün Qurbanova

MİQ, Sertifikasiya və abituriyent hazırlıqları üçün müraciət edə bilərsiniz.

Əlaqə: 050-768-97-12 

img
Aygün Qurbanova
(050) 768 97 12

Coğrafiyadan 7 illik təcrübə. Abituriyent hazırlığı, Olimpiada hazırlığı, Miq və sertifikasiya hazırlığı

Saytı bəyənirsiniz?